SON XƏBƏR

Putin NATO-ya meydan oxudu

İyun 14
09:51 2017
Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stounla müsahibəsində Qərb ölkələrinə önəmli mesajlar verib. 
 
"Qaynarinfo" info xəbər verir ki, Putin NATO-nun Şərqi Avropada yerləşdirdiyi raket sistemlərinə adekvat cavab veriləcəyini bildirib.
 
Onun sözlərinə görə, ABŞ başda olmaqla NATO ölkələri ilə münasibətlərdə Rusiya lazımi bütün addınları atacaq: 
 
"Rusiya üçün ciddi təhlükə var. Rusiyanın sərhədində, yəni Şərqi Avropa ölkələrində raketdən müdafiə sistemləri qurmaq açıq təhdid deməkdir. Həmin sistemlər təkcə müdafiə xarakterli deyil, bir-neçə saata həmin qurğuları hücum raketləri üçün də hazır vəziyyətə gətirmək olar. Bu sistemlər bütün Rusiya sərhədi boyunca - Alyaskada, Aralıq dənizində və şimal dənizlərind olan gəmilərdə quraşdırılır. Rusiya strateji balansın qorunması üçün NATO-nun bu addımlarına adekvat cavab verəcək. Bunun üçün effektiv və daha ucuz sitemlər hazırlayacaq. Rusiyanın bünün üçün böyük potensialı var. Rusiyanı bu şəkildə mühasirəyə almaq onların kobud səhvidir. Bu addımları ilə növbəti silahlanma yarışmasına səbəb olacaqlar. Biz strateji balansı qorumaq üçün hər şeyi edəcəyik. Bu çox vacibdir". 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook