SON XƏBƏR

Putin jurnalistin işi üzrə araşdırma başa çatdıqdan sonra Səudiyyə Ərəbistanına səfər edəcək

Oktyabr 22
13:31 2018
"Rusiya Prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistana səfərinə hazırlıq davam edir. Rəsmi Moskva həmçinin səudiyyəli jurnalist Camal Qaşıqçının ölümünə dair istintaqın başa çatmasını gözləyir".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

"İstintaqın sona çatmasını gözləyirik. Odur ki, səbirli olub gözləməliyik", - M.Boqdanov deyib.

Rusiya Prezidentinin Səudiyyə Ərəbistana səfərinə hazırlığın davam edib-etməyəcəyi ilə bağlı məsələni dəqiqləşdirən diplomat müsbət cavab verib: "Bəli, səfərlərimiz davam edir. Qurumlararası yüksək səviyyəli nümayəndə heyətimiz səfər edib. Bu iş böyük rezonans doğurub, ona görə də istintaqın nəticələrini gözləmək lazımdır".

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti jurnalist Camal Qaşıqçının itkin düşməsi ilə bağlı məsələdə ABŞ-ın müəyyən mənada məsuliyyət daşıdığını bildirib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook