SON XƏBƏR

Putin İrəvanda Koçaryan və Sarkisyanla görüşəcək –Rusiyadan keçmiş prezidentlərə açıq dəstək

Sentyabr 18
16:05 2018
Rusiya prezidenti Vladimir Putin Ermənistana nəzərdə tutulan səfəri çərçivəsində keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanla görüşəcək. Bu barədə "Jamanak” qəzeti yazıb.

Qəzetdə dərc olunmuş məqalədə deyilir: "Deyəsən, Putin dəvəti qəbul edib və mətbuat katibi Peskov vasitəsilə Yerevana gələcəyini bildirib, lakin səfərin tarixi barədə aydınlıq hələ ki yoxdur”.

"Lakin artıq məlumdur ki, tarixdən asılı olmayaraq, Putin Yerevanda Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Koçaryan və Serj Sarkisyanla görüşmək niyyətindədir”, – nəşr əlavə edir.

Xatırladaq ki, iyulun sonlarında Ermənistanın keçmiş prezidenti Robert Köçəryan 2008-ci ildə baş vermiş hadisələrin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Lakin avqustun 13-də Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv etmişdi. Hələlik Koçaryan azadlıqdadır, lakin ittiham onun üzərindən götürülməyib. (virtualaz.org)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook