SON XƏBƏR

Putin gələn həftə Paşinyanla görüşəcək

İyun 11
00:34 2018
Rusiya Federasiyasının prezidenti Vladimir Putin gələn həftə futbol üzrə dünya çempionatını izləmək üçün Rusiyaya gələcək Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bəli, futbolu gözləyirik", - deyə Peskov bildirib.

Daha əvvəl Ermənistanın baş nazirinin mətbuat katibi Arman Yeqoyan bildirib ki, Paşinyan gələn həftə Moskvaya səfər edəcək. Səfər Rusiya Federasiyasında başlayacaq futbol üzrə dünya çempionatı çərçivəsində nəzərdə tutulub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook