SON XƏBƏR

Putin 5 rayonu Azərbaycana qaytarmaq üçün Bakı qarşısında 3 şərt qoydu

Noyabr 04
11:01 2017
Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla görüşü ərəfəsində Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərt qoyduğu məlum olub.

Bu barədə politoloq, "Atlas” araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

O, qeyd edib ki, inandığı etibarlı qaynaqdan əldə etdiyi məlumata görə birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmasıdır. İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır. Üçüncü şərt: Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir. Çox ağır şərtlərdir. Birinci şərti müəyyən istisnalarla yerinə yetirmək mümkündür, o biri iki şərt Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir.

Başqa məlumatlar da var. "Atlas” Araşdırmalar Mərkəzi bu barədə geniş təhlil hazırlayır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook