SON XƏBƏR

“Prosineçki günə 2 qutu siqaret çəkirdi”

May 08
14:31 2017
İngiltərə yığmasının keçmiş üzvü, hazırda "Stok Siti”də çıxış edən Piter Krauç millimizin baş məşqçisi Robert Prosineçki barədə açıqlama verib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, 2001/02 mövsümündə "Portsmut”da birgə çıxış etdiyi xorvatiyalı mütəxəssisin o vaxtlar siqaret aludəçisi olduğunu deyib:
"Robert Prosineçki futbol ustalarından biri idi. Amma buna baxmayaraq, o, heç də peşəkar deyildi. Çünki Prosineçki gün ərzində iki qutu, təxminən 40 ədəd siqaret çəkirdi. Buna baxmayaraq, Prosineçki başqa futbolçulardan üstün olduğunu sübut edirdi. O, möhtəşəm oyunçu idi”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook