SON XƏBƏR

Proqnozlar Bürosu: Növbəti iki gündə havanın temperaturu tədricən yüksələcək

Oktyabr 13
11:25 2017
"Azərbaycanda növbəti iki gündə havanın temperaturu tədricən yüksələcək”.

Bunu "Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, oktyabrın 14-15-də temperatur 2-3 dərəcə artacaq: "Hazırda müşahidə olunan hava şəraiti oktyabrın 13-ü axşam saatlarına qədər davam edəcək. Ayın 14-ü səhər saatlarından ölkə ərazisində hava şəraitinin sabit və əsasən yağmursuz keçəcəyi gözlənilir”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook