SON XƏBƏR

Proqnozlar Bürosu: Havanın temperaturu tədricən yüksələcək

Aprel 16
12:05 2018
Növbəti iki gündə Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Report”a açıqlamasında deyib ki, aprel ayının 17-18-də ölkə ərazisində hava şəraitinin mülayim, gün ərzində yağmursuz keçəcəyi gözlənilir.
 
Onun sözlərinə görə, lakin aprelin 17-i səhər saatlarında bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı ehtimalı var: "Havanın temperaturu bu günlərlə müqayisədə tədricən yüksələcək".
 
G.Məmmədova qeyd edib ki, növbəti günlərdə mülayim şərq küləyi əsəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook