SON XƏBƏR

Prokurorun mənzil qalmaqalı ilə bağlı yeni xəbər

May 22
14:06 2019
Adı mənzil qalmaqalında hallandırılan Bakının məşhur prokurorunun şəhid ailəsi ilə əlaqələri təsdiqlənib. 

Qaynarinfo xəbər verir ki, mübahisəli mülkdə məskunlaşan Ayna Hacıyeva Criminal.az saytına açıqlamasında şəhid ailəsi olduğunu və sözügedən mənzilə Sabunçu rayon prokuroru Ceyhun Şirinov və icra başçısı Adil Vəliyev tərəfindən köçürüldüyünü etiraf edib.

Mübahisəli mənzilin sahibi kimi Səfər Soltanov bir neçə gün əvvəl müraciət edərək alqı-satqı yolu ilə aldığı mənzilinin prokuror Ceyhun Şirinov tərəfindən ələ keçirməkdə ittiham edib. Deyib ki, 2003-cü ildə mənzil almaq üçün Bakıxanov qəsəbəsi ərazisində maklerlər Lixovsen Roman Oleqoviçə məxsus evi almaq təklif olunub və alqı-satqı müqaviləsi imzalanıb. Evlə bağlı problemi alqı-satqıdan sonra başlayıb. Onun sözlərinə görə, Sabunçu rayon prokuroru heç bir qanun və qaydalara hörmət etmədən araşdırma aparmaq adı ilə evi zəbt edib və ora iki qadın yerləşdirib: "Prokurora bir neçə dəfə zəng vursam da, o "rayonun prokuroruyam, nə bacarırsan elə” cavabını verdi. Mən ona rəhbərliyinizə şikayət edəcəyimlə bağlı xəbərdar etsəm də, "kimə istəyirsən şikayət et” cavabını verdi. İndi isə deyir ki, həmin evə şəhid ailəsini yerlşədirmişəm. Ceyhun Şirinov zəbt etdiyi evin qanuni vərəsəsi tərəfindən satıldığını bildikdə şəhid ailəsinin adından istifadə edir ki evi mənə qaytarmasın”. 

C.Şirinov həmin evdə şəhid ailəsi məskunlaşdığını deyib və şikayətçiyə probleminin məhkəmə yolu ilə həll etməsini məsləhət görüb. 

Mübahisəli mənzildə yaşayan Ayna Hacıyeva açıqlamasında bildirib ki, prokuror Ceyhun Şirinova şər atılır. Şəhid xanımı deyir ki, 6 ildir mübahisə obyektinə çevrilən mənzildə yaşayır:

"Məndən əvvəl həmin mənzildə heç kim yaşamayıb. Yoldaşım Mehman Hacıyev zabit olub. 1993-cü ildə Bakıya gəlmişik. Zəngilan döyüşlərində şəhid olub. Rayon rəhbərliyi şəhid ailəsi kimi bizə kömək edib. Amma mən istəmirəm ki, mənə görə kimsə öz işindən, peşəsindən olsun. Gəlib qapı qonşumdan soruşa bilərsiniz, həmin mənzildə mən yaşayıram. Mənizlin sahibi Oleqlə Moskvadan tanışıq. Yoldaşımla da yaxın olub. 2012-ci ildə də həmin Oleqin dəfnində yaxından iştirak etmişəm. Evə yiyələnmək istəyən Səfər adlı şəxs isə bu gün üzə çıxmır, amma məni hədələyir ki, özünü yandıracaq. Mənə bir şey olsa, o prezidentimizə nə cavab verəcək?". 

A.Hacıyeva mənzil qalmaqalında prokurorun və icra başçısının adının çəkilməsinə etiraz edib: "Rayon məmurlarından şikayət edirlər, amma mən 22 yaşlı yoldaşımı itirmişəm. Səfər 6 il idi harda idi. Saxta yolla sənəd düzəldib evi tələb edir. Niyə bu vaxta kimi yox idi? Cənab prezident mənə ev verəndən sonra həmin evdən çıxaram. Hamısını JEK müdiri Yaşar edib. Sağ olsun rayon prokuroru, rəhbəri. Yeri gələndə əzab çəkiblər, amma şəhid ailəsinin rahat yaşamasına kömək ediblər. İstəmirəm prokuror Ceyhun müəllimin, icra başçısı Adil Vəliyevin adı hallandırılsın".

S.Soltanov isə iddia edir ki, ona məxsus mənzil prokuror Ceyhun Şirinov tərəfindən zəbt edilib. Onun sözlərinə görə, şəhid ailəsi mənzilə məqsədli şəkmildə yerləşdirilib: "Həmin Ayna Hacıyeva Ceyhun Şirinovun qardaşının evinə qeydiyatdadır. Məqsəd evi ələ çekirməkdir".   



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook