SON XƏBƏR

Professordan BƏYANAT: "İlham Əliyev Azərbaycan xalqının seçimidir!"

Mart 13
21:26 2018
11 aprel 2018-ci il Azərbaycan Respublikasının tarixində demokratik və şəffaf prezident seçkiləri ili olacaq.
 
Bu ilki seçkidə 
 
-Namizədliklərin irəli sürülməsi prosesi daha şəffaf və demokratik oldu.
-Namizədlərin hamısının irəli sürülməsi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alındı və hamıya imzatoplama vərəqəlri verildi.
-İmzatoplama kampaniyası səssiz-küysüz keçdi.
-Namizədlərin qeydə alınması prosesində problem yoxdur.
 
2013-cü il prezident seçkilərində seçkilərə 2-3 gün qalana qədər Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığının ləğv olunması kimi absurd, əngəlli və cəncəlli işlə məşğul olan və bu haqda Rusiya Prezidenti Vladimir Putinə belə rəsmi məktubla müraciət edən, Putindən imdad uman ənənəvi müxalifətimiz bu il seçkilərin vaxtından əvvəl keçirilməsini bəhanə edrək seçkilərdə iştirak etməyəcəyini bəyan etdi və passiv baykot yolunu tutdu. Passiv baykot isə dünya seçkiləri tarixində həmişə ən güclü namizədə daha böyük şanslar yaratmaqdan başqa bir şey deyil. Yəni passiv baykot yolu ənənəvi müxalifətin Azərbaycanın siyasi səhnəsindn tamamilə özünü təcrid etməsi ilə nəticələnəcək. 
 
Passiv baykot yolunu tutan siyasi partiyaların seçki prosesini izləmək, müşahidə aparmaq, təhlil etmək, seçki proseslərinə qarışmaq, seçkinin nəticələri haqqında hüquqi fikir bildirmək imkanları olmayacaq. Yəni ənənəvi müxalifət partiyalrı özləri - özlərini seçki prosesində iştirak etməkdən, prosesi izləməkdən, təhlil etməkdən, prosesdə iştirakdan məhrum etdi.
 
Yuxarıda sadaladığım seçkiöncəsi faktorlar namizədlərin təbliği və bütövlükdə seçki prosesinin də şəffaf və ədalətli aparılmasında mühüm rol oynayacaq. Yəni seçki prosesi özünün təbii axarı ilə şəffaf və ədaltli şəkildə davam edərək başa çatacaq. Belə olan halda məntəqə və dairə seçki komissiyaları seçkinin daha demokratik və daha şəffaf keçirilməsi üçün maksimum səy göstərəcəklər.
 
Bir həqiqəti də mütləq qeyd etməliyik. Çox zaman YAP funksionerləri, yaxud jurnalistlər öz müsahibə və yazilarında İlham Əliyevi YAP-ın namizədi kimi göstərirlər.
 
Yəni obyektiv reallığı təhrif edirlər. İlham Əliyev Azərbaycan xalqının namizədidir. İlham Əliyev Azərbaycan xalqının seçimidir! İlham Əliyevin elektoratı Azərbaycan xalqıdır!
 
Ona görə də inamla demək olar ki, seçki prosesinin ədalətliliyi, demokratikliyi və şəffaflığı uğrunda çalışan ən böyük insan İlham Əliyev olacaq. Seçkilərin ədalətli, demokratik və şəffaf mühitdə keçitilməsini tələb edən də İlham Əliyev olacaq.
 
Prof.Dr. Qüdrət İsaqov
Müstəqil Ekspert Qrupunun rəhbəri,
Avropa Təbiət Elmləri Akademiyasının akademiki   




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook