SON XƏBƏR

Prezidentin vəzifədən qovduğu generalın oğlunun lüks həyatı - FOTOLAR

İyul 12
21:38 2017
Avtobus sürücüsünə hücum edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun avtomobillərinin və lüks həyatının görüntülərini əldə etmişik.
 
Qlobal.az GoldNews.az-a istinadən xəbər verir ki, sürücülük hüququndan məhrum edilən Rüstəm Orucov 10-OG-300 nömrəli "BMW”-nin sükanı arxasına əyləşərək qaydaları pozub və avtobus sürücüsü Sənan Səmədovu döyüb.
 
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev dünən Novruzəli Hüseyn oğlu Orucovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
 
Genral oğlunun lüks həyatını əks etdirən fotoları təqdim edirik:
 
Qlobal.az
 

 

 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook