SON XƏBƏR

Prezidentin təyin etdiyi 35 yaşlı nazir müavini haqda məlumat

Avqust 01
15:27 2020
Xəbər verdiyimiz kimi, Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev işdən azad edilib.

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Sarvan Cəfərov nazir müavini təyin olunub.

Qeyd edək ki, S.Cəfərov 1985-ci ilin oktyabrın 28-də anadan olub. 1992-2003-cü illərdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 178 saylı orta məktəbdə təhsil alıb. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsili alıb. 2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 3 saylı ərazi şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

2012-ci ildə 2018-ci ilədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin köməkçisi vəzifəsində işləyib. Rus və ingilis dillərini bilir.

2018-ci ildən indiyədək KTN-nin Aparat rəhbəri vəzifəsində idi.  

Modern.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook