SON XƏBƏR

"Prezidentin kim olacağına proqnoz vermək çətindir"- Cəbrail Fərzəliyev

Noyabr 07
11:29 2016
"Bir neçə həftə öncə mənə sual versəydilər ki, Amerikada kim prezident seçiləcək, heç bir tərəddüd etmədən Hiları Klinton deyə cavab verərdim".
 

 
Bu fikri Qlobal.az saytına politoloq Cəbrail Fərzəliyev bildirib.
 
Politoloqun sözlərinə görə, mövcüd vəziyyət əvvəlkindən çox fərqlidir çünki H. Klinton rəqibini cəmi 1, 2 səs qabaqlayır. Bunun da obyektiv səbəbləri var, çünki Hillari Klintonla bağlı müxtəlif faktlar üzə çıxıb, gizli yazışmaları ilə bağlı Federal Kəşfiyyat Bürosunun açıqlamaları var. Burda da əslində maraqlı bir situasiya yaranıb. Hillari Klinton Federal Kəşfiyyat Bürosunu onda günahlandırır ki, niyə bu məsələni indi üzə çıxarır. Sanki ona işarə edir ki, siz Trampın əlinə işləyirsiniz. Əslində Klinton bununla prezident Barak Obamanı da dolayısı ilə tənqid edir.
 
"Baxmayaraq ki, Obama prezident seçkisində Klintonu dəstəkləyir, amma onun hakimiyyətindəki bir struktur Hillari Klintonun gizli yazışmaları barədə açıqlama verir və bu addım xanım Klintonun reytinqinə mənfi təsir edir. Qeyd edim ki, Obamanın da öz hökumətinə inandığı barədə açıqlaması oldu. Yəni bir tərəfdən Klintona dəstək verir, bir tərəfdən deyir ki, mən Federal Kəşfiyyat Bürosunun işinə qarışa bilmərəm. Bəs niyə FKB bu açıqlamanı indi verir? Məncə, heç də Trampdan xoşları gəldiyi üçün bunu etmirlər, amma düşünüblər ki, Tramp prezident seçilə bilər və seçilərsə onlardan bunun hesabını soracaq ki, niyə Klintonun gizli yazışmalarını bu vaxta qədər sirr olaraq saxlamısınız. Ona görə məncə FKB doğru qərar verib. Prezidentin kim olacağına qaldıqda isə, indiki məqamda dəqiq proqnoz vermək heç də asan məsələ deyil amma hesab edirəm ki, demokratlar partiyası qalib gələcək"- deyə, Cəbrail Fərzəliyev bildirib. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook