SON XƏBƏR

Prezidentin istefasını tələb edən aksiyaçılar nazirlik binasını yandırdı

May 25
14:36 2017
Braziliyanın paytaxtı Brasiliyada hökumətə qarşı baş verən mitinqdə nümayişçilər nazirliklərin binalarına hücum ediblər. Təsərrüfat Nazirliyinin binasına isə od vurublar. 
 
"Qaynarinfo" Fransanın AFB xəbər agentliyinə istinadən xəbər verir ki, paytaxtdakı nümayişə 35 minə yaxın insan qatılıb. Nümayişçilər dövlət başçısı Maykl Temerin istefasını, vaxtından əvvəl seçkilərin keçrilməsini və iqtisadi islahatlar planının geri çəkilməsini tələb edir. 

Aksiyalara görə bəzi nazirliklərin binalarının boşaldıldığı bildirilir. Səlahiyyətli şəxslərdən birinin Təsərrüfat Nazirliyinin binasında baş verən hadisəylə əlaqədar mediaya açıqlamasında "Nazirlik binası nümayişçilər tərəfindən işğal olundu. Otaqlardan birini yandırdılar, sabiq nazirin otağındakı şəkil çərçivələrini qırdılar və polislə qarşı-qarşıya gəldilər", - deyib. 

Küçələrdə polis və nümayişçilər arasında yaşanan qarşıdurmada yaralıların olduğu, bəzi aksiyaçıların isə saxlanıldığı bildirilir. Polis aksiyanı dağıtmaq məqsədiylə plastik mərmi və gözyaşardıcı qazdan istifadə edib. Polisə daş atan aksiyaçılar isə baryerlər qurur və onları yandırırlar. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook