SON XƏBƏR

Prezidentin işdən çıxardığı məmurun qızı haqda ilginc faktlar - FOTOLAR

İyun 03
07:07 2017
Prezident Administrasiyasının humanitar məsələlər üzrə şöbə müdiri vəzifəsindən azad edilən Fatma Abdullazadənin qızı ilə bağlı maraqlı məlumatlar yayılıb.
 
BakuPost.az-a daxil olan məlumata görə, sabiq xanım məmurun övladı Məryəm Ələkbərli Fransada tanınmış rəssamdır.
 
Onun Azərbaycan, Almaniya, Fransa, Rusiya, Türkiyə və YUNESKO-da fərdi sərgiləri keçirilib.

Hətta məmur qızının Parisdə Luvr muzeyində də fərdi sərgisi olub. Feysbuk istifadəçilərindən biri M.Ələkbərlinin rəsminin fotosunu paylaşaraq onun "Şarpantyedəki qadının portreti” adlandığını bildirib.
 

Onun sözlərinə görə, bu rəsm 5-19 may 2013-cü il tarixində Qəbələdə keçirilmiş III Beynəlxalq İncəsənət sərgisində nümayiş etdirilib və mükafata layiq görülüb.

M.Ələkbərli özü həmin sərgidə iştirak etmədiyindən rəssam Tahir Salahov onun mükafatını özü qəbul edib və Bakıdya gətirərək təqdim edib.
 
T. Salahov Məryəm Ələkbərli ilə bağlı yüksək fikirdə olduğunu ifadə edib və ona Tanrı qüdrətindən fitri istedad verildiyi fikrini irəli sürüb.

Məlumat üçün bildirək ki, 1991-ci il təvəllüdlü M. Ələkbərli Fransanın Şarpantye Akademiyasında Tətbiqi Sənət üzrə Ali Məktəbdə təhsil alıb. Məryəm YUNESKO Beynəlxalq Rəssamlar İttifaqının üzvüdür.
 

 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook