SON XƏBƏR

Prezidentin işdən çıxardığı icra başçısı istintaqda maliyyə idarəsinin rəisini dərhal müstəntiqə təhvil verib

İyun 14
15:45 2018
Gədəbəyin sabiq icra başçısı 150 min manatlıq rüşvət qalmaqalı üzərindən dindirilir, həbs oluna bilər!

Gədəbəyin sabiq icra başçısı Ramiz Yediyarovun istintaqa cəlb olunduğu xəbəri yayılıb. 

Onu rayonun sabiq icra başçısı Saleh Rüstəmovun işi üzrə sorğu-sual edirlər. Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılan R.Yediyarova S.Rüstəmov və yaxınları ilə əlaqəli suallar verilib.

İddialara görə, ortada 150 min manat alveri söhbəti var. Gələn məlumatlara görə Ramiz Yediyarov elə ilk dindirmədəcə Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovun adını çəkib. 150 min manatlıq söhbətdə onun rolu haqda ətraflı, istintaqa lazım olandan da artıq məlumat verib.
Məlum olub ki, Saleh Məmmədov Gədəbəyin mərkəzində "Park market” adlı böyük supermarket inşa etdirib. Həmin supermarketin fəaliyyəti üçün başçı ilə Saleh Məmmədov arasında 150 min manatlıq alver olub. S.Rüstəmov və qardaşı oğlunun həbsi ilə bağlı Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi birgə məlumat yaymışdı.

"Rusiyada yaşayan Saleh Rüstəmov biznes strukturlarında çalışan və əvvəllər tanıdığı ayrı-ayrı Azərbaycan vətəndaşlarından hər ay toplayaraq Moskva şəhərində kommersiya bankında açdığı hesabına keçirdiyi 30 min ABŞ dollarını 2016-cı ilin martından etibarən, Bakı şəhərində valyuta əməliyyatlarının qanunsuz köçürülməsi ilə məşğul olan Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Tural Mehdixanov vasitəsilə Vidadi Rüstəmliyə çatdırılmasını təmin edib. V. Rüstəmlinin həmin vəsaitləri qəbul edib Aqil Məhərrəmov, Ruslan Nəsirov və Babək Həsənova, onların isə AXCP-nin funksionerlərinə vermələri ilə, ümumilikdə 412 min ABŞ dollarını AXCP-nin tədbirlərinin maliyyələşdirilməsinə, dəstə üzvlərinin iqtisadi maraqlarının təmin olunmasına və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə, beləliklə də cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə əsaslı şübhələr müəyyənləşib”. 

Məlumatda deyilir ki, həmin xüsusatlar Saleh Rüstəmov, Vidadi Rüstəmli, Ceyhun Hüseynov və başqalarının ifadələri, digər istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə təsdiqlənib, müvafiq ekspertizanın rəyi ilə qeyd olunan şəxslərin mobil cihazlarında pul vəsaitlərinin qeyri-qanuni dövriyyəsinə dair texniki sübutlar əldə edilib.
 
"İş üzrə dindirilmiş Babək Həsənov, Ruslan Nəsirov, Aqil Məhərrəmov qeyd olunan qanunsuz əməlləri etiraf edərək, təmsil etdikləri qurumun fəaliyyət və tədbirlərinin maliyyələşdirilməsi üçün Saleh Rüstəmovun Moskva şəhərindən göndərdiyi pul vəsaitlərini Vidadi Rüstəmlidən qəbul edib Əli Kərimli və digər şəxslərə verdiklərini bildiriblər. Onların yaşadıqları ünvanlarda aparılmış axtarışlar zamanı qanunsuz pul dövriyyəsini, çirkli pulların leqallaşdırılmasını təsdiqləyən bank kartları və başqa sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb”. 

Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov, Eltac Əlisoy Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. İstintaqdan gizləndiyi üçün Eltac Əlisoy barəsində axtarış elan olunub. 

Saleh Rüstəmov məhrum prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə, 1992-93-cü illərdə Gədəbəy rayon İcra hakimiyyətinin başçısı olub. Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov, Eltac Əlisoy isə AXCP fəallarıdır. Xatırladaq ki, 2018-ci il mayın 8-də Saleh Məmmədova və mayın 10-da Vidadi Rüstəmliyə qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham elan edilib. Hər iki şəxsə məhkəmə bu ittihamlarla həbs qətimkan tədbiri seçib. Ancaq Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatında narkotik ittihamından danışılmır. (criminal.az)
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook