SON XƏBƏR

Prezidenti qəzəbləndirən şirkət rəhbəri həbs edildi - Foto

May 01
00:31 2017
Bakının Yasamal rayonunda yaşıllıqların məhv edilməsinə görə prezidentin qəzəbinə gəlmiş tikinti şirkətinin sədri həbs edilib.
 
Qlobal.az Kriminal.az-a istinadən xəbər verir ki, Mətbuat prospektində yerləşən "Ovçular evi" ərazisində "Böyük Plaza” yaşayış və ticarət mərkəzini tikən "A-3 Sənaye Tikinti Korporasiyası" MMC-nin sədri Azər İsmayılovun barəsində Xətai rayon Məhkəməsi tərəfindən 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İddiaya görə, həmin tikintinin sahibi "Akula Akif” kimi tanınan Akif Mustafayevin "sağ əli" Aydəm İsmayılovdur. Həbs edilən sədr Azər İsmayılov isə Aydəmin qardaşıdır. Aydəm İsmayılovun həyat yoldaşı Dilşad İsmayılova isə həmin MTK-nın direktorudur.
 
Xatırladaq ki, Aydəm İsmayılovun adı bundan əvvəl də tikinti şirkətləri ilə münaqişədə hallanıb. Aydəm İsmayılov başqa bir tikinti şirkətin əmlakını ələ keçirmək üçün ZAZ MTK təsis etmişdi. Həmin MTK-nın təsisçiləri Aydəmin dostu Akula Akif ləqəbli Akif Mustafayev, Aydəmin qardaşı İsmayılov Azər və mühasibi Həsən Bayramovdur.
 
Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl həmin ərazidə aparılan tikinti ilə əlaqədar olaraq xeyli ağac kəsilərək məhv edilməsi ilə bağlı xəbərlər ölkə gündəmini zəbt etdi. Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə ölkə Prezidenti İlham Əliyev kəskin reaksiya göstərdi, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülərək araşdırılması barədə göstəriş verdi.
 
Yaşayış binasının tikintisini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələnib və fakt üzə cinayət işi açılıb.
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook