SON XƏBƏR

"Prezidentə şikayət yazdığım üçün Ramiz Şəmmədov günümü qara edir"

Noyabr 18
00:52 2017
Qlobal.Az elektron poçtuna ünvanlanmış şikayət məktubunu olduğu kimi təqdim edir: 
 
"Hörmətli Cənab Prezident!
 
Qazax icra qrupunun şefi Ramiz Şəmmədovdan Prezidente şikayət etdiyimə peşman oldum. 2 ay bundan əvvəl Ramiz Şəmmədov mənnən 200 manat rüşvət istədiyi üçün prezidentə şikayət etmişdim. Bu onun çox acığına gəlib. Mən Prezidentə şikayət etməyim bəs kimə edim? Prezident mənim ağsaqqalım böyüyümdür! Vətəndaşın dayağıdır Prezident! Ramizə zəng vuranda telefonda mənə dedi ki, mənnən şikayət etdiyin üçün səni məhv edəcəm. Sən kimə ilişdiyini hələ bilmirsən. İndi də məni polisə axtarışa verib. Polislər qeydiyyatda olduğum evə gedib qardaşımdan məni soruşublar. Elə adamlar var ki 1 manatda olsun aliment ödəmir amma Ramiz onlarla belə davranmır. Səbəbidə məlumdur. Onun rüşvət məsələsini prezidentə prokurorluğa şikayət etdiyim üçün. Məsələ burasındadır ki mən hal hazırda işləmirəm amma buna baxmayaraq fəhləlik edib hər ay alimentin tam hamısını iş olmayanda isə bir hissəsinidə olsa ödəyirəm. Ödənişə vaxt istəsəmdə Ramiz Şəmmədov heçnəyi nəzərə almır. İndi Bakıda günü 3 manata olan evdə qalıram. Mən bilirəm ki Ramiz Şəmmədov məni tutdurmaq istəyir. Mən həmdə bir əsgər atasıyam. Mənim oğlum Əzimov Xəyal Elşad oğlu Ağcabədi rayonunun 161 saylı hərbi hissəsində xidmət etmişdir. Ötən ilin aprel döyüşlərində iştirak etmiş və qarın nahiyəsindən yaralanmışdır.
 
Hörmətli cənab Prezident! 
 
Sizdən 2-ci dəfə xahiş edirəm mənə kömək edin. Qazaxlılara kömək edin. Ramiz Şəmmədov bütün Qazaxlıların bəlasına çevrilib. Aliment ödəyənlər bilmir ki Ramizin haqqınımı versin yoxsa alimentini ödəsin. Ümidimiz yalnız Sizədir! Siz hər bir Azərbaycanlının Prezidentisiniz! Xahiş edirəm Ramiz Şəmmədovun əməllərinə son qoyulması üçün müvafiq tapşırıq verin!
 
Hörmətlə Əzimov Elşad Yusif oğlu. Tel 055 7645989  17.11.2017"
 
Qlobal.Az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook