SON XƏBƏR

Prezident Zaqatalada qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olub

Avqust 03
16:19 2017
Azərbaycan prezidenti İlham Əliyev Zaqatalada "AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olub.

APA-nın məlumatına görə, dövlət başçısına müəssisə barədə məlumat verilib.

İllik gücü 1250 ton yaş gül, 250 litr qızıl gül və 6 min litr "Lavanda” gül yağı olan müəssisədə istehsal edilən yağlar "AzRose” adı ilə bazarlara çıxarılacaq. Gələcəkdə isə həmin yağlardan istifadə etməklə müxtəlif ətriyyat, yuyucu, məişət və qida sənayesində istifadə olunan məhsulların istehsalı nəzərdə tutulur. Gül yağı istehsalı avadanlıqları Türkiyədən gətirilib. Müəssisədə 31 daimi və 600-ə yaxın mövsümi iş yeri açılacaq. Layihə gələcəkdə yerli əhalinin öz pay torpaqlarında qızılgül əkməklə bu sahənin daha da inkişaf etdirilməsinə şərait yaradacaq.

Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşüb.

Sonra Prezident İlham Əliyev qızılgül sahələrinə baxıb. Sonda xatirə şəkli çəkdirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook