SON XƏBƏR

Prezident xalqı hökumətə qarşı mitinqə səslədi

Dekabr 14
10:22 2017
Moldova hökuməti ölkənin dövlət dilini "rumın dili” adlandırmaqla ictimaiyyəti parçalayır.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Moldova Prezidenti İqor Dodon paylaşıb.

"Mən xalqın parçalanması cəhdindən və Konstitusiyanın kobud şəkildə pozulmasından narahatam. Hökumətin bu addımının ağır nəticələri olacaq. Bu məsələlər referendumda həll edilməlidir. Moldova əhalisinin böyük əksəriyyəti rumın yox, moldovan dilində danışırlar. Mən hər şeyi edəcəm ki, öz dilimiz, tariximiz, mədəniyyətimizi qoruyaq. İnsanlar kütləvi şəkildə özlərinin seçdiyi prezidentlə küçələrə çıxacaqlar”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Moldova hökuməti konstitusiya dəyişikliyi təsdiqləyib. Bu qərara əsasən, bundan sonra dövlət dili rumın dili adlanacaq.

SSRİ işğalına qədər olan dövr ərzində Moldova Rumıniyanın bir parçası olub. SSRİ dağıldıqdan sonra parçalanmış xalq nə qədər bir araya gəlmək istəsə də, buna müvəffəq ola bilməyib. İki dövlətin birləşməsinə əsas maneə Moldovadakı rusiyayönlü əhalinin Rumıniyanı özünə yaxın bilməməsi və ölkədəki Rusiya təbliğatı olub. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook