SON XƏBƏR

Prezident və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət edib

May 10
10:52 2019
Bu gün Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günüdür.

Qlobal.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, doğmaları və yaxınları Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər. İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra dövlət başçısı və ailə üzvləri Heydər Əliyevin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook