SON XƏBƏR

Prezident Tramp Şimali Koreyaya "misli görünməmiş atəş və qəzəb" xəbərdarlığı verdi

Avqust 09
11:12 2017
ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya sərt xəbərdarlıq edib. "Yaxşı olardı ki, onlar bir daha Birləşmiş Ştatları hədələməsinlər. Onlar dünyanın indiyədək görmədiyi atəş və qəzəblə üzləşəcəklər.”
 
Prezident Tramp bu bəyanatı Nyu Cersi ştatının Bedminister şəhərindəki özəl qolf kulubunda verib. O, Şimali Koreya lideri Kim Conq Unu "hədələyici” ton sərgiləməkdə günahlandırıb.
 
Yaxşı olardı ki, onlar bir daha Birləşmiş Ştatları hədələməsinlər. Onlar dünyanın indiyədək görmədiyi atəş və qəzəblə üzləşəcəklər.
 
Tramp daha sonra xəbərdarlığını təkrar edərək bildirib ki, totalitar kommunist ölkəsi "atəş, qəzəb - və sözün açığı - dünyanın indiyədək görmədiyi bir qüdrətlə üzləşəcək.”
 
Trampın bəyanatından bir neçə saat sonra Şimali Koreya ABŞ-ın Sakit Okeandakı ərazisi olan Quamı raketlə vurmağı "ehtiyatla nəzərdən keçirdiyini" bəyan edib.
 
Pxenyan ABŞ-ı vurmaq iqtidarında olan nüvə başlıqlı raket inkişaf etdirmək məramını heç vaxt gizlətməyib, və illərdir ki, beynəlxalq ictimaiyyətin nüvə proqramına son qoymaq çağırışlarını qulaqardına vurur.
 
Koreya Xalq Ordusunun dövlət xəbər agentliyi vasitəsilə yaydığı bəyanatda bildirilir ki, rəhbər Kim Conq Un qərar verən an plan icra olunacaq.
 
Bazar ertəsi ABŞ-a məxsus iki B-1 bombardmançı təyyarəsi Quamdan havaya qalxaraq Koreya yarımadası üzərində uçublar. ABŞ rəsmisi uçuşu Birləşmiş Ştatların yarımadadada davamlı bombardmançı mövcudluğu saxlamaq məramı ilə izah edib.
 
Şimali Koreyanın digər rəsmisi tərəfindən verilən bəyanatda Pxenyan ABŞ-ı "önləyici müharibə” planları qurmaqda ittiham edib. Şimali Koreya rəsmisi bildirib ki, belə bir müharibəyə başlamaq cəhdi "düşmənin bütün hədəflərinə, o cümlədən əsas ABŞ ərazisində silindirici zərbələrlə qarşılaşacaq.”
 
Bombardmançı təyyarəsi qırıcıların müşayiəti ilə Osan Hava Bazası üzərindən uçur. Pyeonqtaek, Cənubi Koreya. 13 sentyabr, 2016.
 
Ordu sözçüsü ABŞ-ı Şimali Koreyaya qarşı "məsuliyyətsiz hərbi təxribatlara” son qoymağa çağırıb.
 
BMT Təhlükəsizlik Şurası şənbə günü Şimali Koreyaya raket sınaqlarını davam etdirdiyinə görə yeni sanksiyalar tətbiq edib (BBC).
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook