SON XƏBƏR

Prezident seçkilərində səsvermə başa çatıb

Aprel 12
00:11 2018
Azərbaycanın bütün ərazisində prezident seçkilərində səsvermə saat 19.00-da başa çatıb.
 
Qlobal.Az AZƏRTAC-a istinadla xəbər verir ki, səsvermə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilib. Eləcə də Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Azərbaycanın bayrağı altında Xəzər dənizində və dünya sularında üzən gəmilərdə 215 seçki məntəqəsi yaradılıb.
 
Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin saat 17:00-a olan məlumatına görə, səsvermədə 3 milyon 716 min 135 seçici iştirak edib. Bu, prezident seçkilərində qeydə alınmış seçicilərin 69,93 faizini təşkil edir. Seçici fəallığına dair ilkin yekun məlumat bir qədər sonra açıqlanacaq.
 
Səsvermənin gedişi 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar vasitəsilə MSK-nın rəsmi internet səhifəsində canlı yayımlanıb.
 
Seçki prosesini 61 beynəlxalq təşkilatı və 59 ölkəni təmsil edən 894 beynəlxalq müşahidəçi izləyib. Seçkiləri 50-dən çox xarici KİV-in 118 təmsilçisi işıqlandırır.
 
Xatırladaq ki, prezident postu uğrunda 8 namizəd mübarizə aparır.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook