SON XƏBƏR

Prezident: "Onlar tükənməz enerji ilə çalışacaq"

Dekabr 15
11:56 2017
Azərbaycan prezidenti İlham Əliyev Gənc Alimlərin Birinci Qurultayının iştirakçılarını təbrik edib.

Təbrik məktubunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oxuyub.

Dövlət başçısının təbrikində bildirilir ki, dinamik yüksəliş xalqımızın elmi potensialının nəticəsidir: "Milli ənənələrimizə sadiq gənc alimlərimizin yetişməsi önəmlidir. Gənclərimizin elmə daha yaxından cəlb olunması istiqamətində mühüm addımlar atılır. Gənc alimlərimizin elmimizin dünya səviyyəsində tanınmasında layiqli təmsilçimiz olacaqlarına inanırıq. Onlar tükənməz enerji ilə çalışacaq. Əminəm ki, qurultayda elmimizin inkişafı ilə bağlı dolğun proqram qəbul olunacaq".

Qeyd edək ki, bu gün AMEA, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan gənc alimlərinin I qurultayı keçirilir.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook