SON XƏBƏR

Prezident Mingəçevir İES-in yarımstansiyasında baş vermiş qəzanı nəzarətə götürdü

İyul 03
10:21 2018
Azərbaycan Prezidentinin Mətbuat Xidməti Mingəçevir İES-in yarımstansiyasında baş vermiş qəza ilə bağlı məlumat yayıb.

Bildirilir ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.

Yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanılıb.

Vəziyyət Azərbaycan Respublikası Prezidentinin daim nəzarətindədir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook