Prezident: "Kürəkçay müqaviləsində erməni xalqı haqqında bir kəlmə də yoxdur"
Oktyabr 26
13:08
2020
"Mən deyəndə ki, biz tarixi ədaləti bərpa edirik – tam haqlıyam. Mən Münxen Təhlükəsizlik Konfransında bütün dünyaya və bu canlı formatda aparılmış diskussiya əsaasında sübut edə bilmişəm ki, bu bizim tarixi torpağımızdır”.
"Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.
"19-cu əsrin əvvəllərində imzalanmış Kürəkçay sülh anlaşması haqqında məlumat vermişdim. Dünyada bu anlaşma haqqında ümumiyyətlə geniş ictimai fikirdə heç bir məlumat yox idi. Əfsuslar olsun ki, hətta Azərbaycanda bu müqavilə haqqında geniş məlumat yox idi. Kürəkçay sülh müqaviləsini Qarabağ və Şuşa xanı İbrahimxəlil xan imzalamışdı, digər tərəfdən çar Rusiyası generalı imzalamışdı.