SON XƏBƏR

Prezident İlham Əliyevə təbrik zəngləri

Aprel 13
11:28 2018
Dövlət başçıları Azərbaycan rəhbərinə nələr deyib?
 
11 aprel prezident seçkisinin nəticələri bəlli olduqdan sonra müxtəlif dövlətlərin başçıları tərəfindən Azərbaycan prezidenti İlham Əliyevə təbriklər gəlməkdədir.
 
İlham Əliyevi ilk təbrik edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olub. Ərdoğan aprelin 11-də İlham Əliyevə telefonla zəng edib. APA-nın məlumatına görə, Türkiyə prezidenti İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb.
 
Rusiya prezidenti Vladimir Putin isə aprelin 12-də İlham Əliyevə zəng edib və yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib. Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, V.Putin prezident İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycan xalqının firavanlığı və ölkəmizin inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
 
İran İslam Respublikasının prezidenti Həsən Ruhani də İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib. Ruhani təbrikində deyib ki, bu seçim Azərbaycan xalqının İlham Əliyev hökumətinin həyata keçirdiyi uğurlu siyasəti dəstəklədiyini və onun rəhbərliyi ilə bu inkişafın davam etdirilməsində maraqlı olduqlarını göstərir.
 
Belarus prezidenti Aleksandr Lukaşenko isə seçkilərdə yenidən qələbə qazanması münasibətilə prezident İlham Əliyevə zəng edib.
 
Özbəkistan prezidenti Şavkat Mirziyoyev isə İlham Əliyevə telefonla zəng edib. Ş. Mirziyoyev İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
 
Ukrayna prezidenti Pyotr Poroşenko da Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib.
 
Təbrik mesajı P.Poroşenkonun "Twitter” səhifəsində yer alıb: "İlham Əliyevi prezident seçkilərində inamlı qələbə münasibətilə səmimi təbrik edirəm! Əminəm ki, Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı daha möhkəm olacaq”.
 
P.Poroşenko azərbaycanlı həmkarı ilə görüşünü səbirsizliklə gözlədiyini vurğulayıb.
 
Moldova prezidenti İqor Dodon  İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə İ.Dodon seçkilərdəki qələbənin Azərbaycan xalqının İlham Əliyevin ölkənin inkişafı, sabitlik və cəmiyyətdə harmoniya istiqamətində siyasətinə inamını nümayiş etdirdiyini bildirib.
 
Macarıstanın baş naziri Viktor Orban isə İlham Əliyevə telefonla zəng edib. V. Orban Azərbaycan prezidentini seçkidə qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
 
Daha bir təbrik Tacikistan prezidenti Emomali Rahmondan gəlib. Rahmon Azərbaycan prezidenti İlham Əliyevi yenidən bu posta seçilməsi ilə əlaqədar təbrik edib.
Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin təbrikində isə deyilir: "Dostum İlham Əliyevi yenidən Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik edirəm. İnanıram ki, Gürcüstan və Azərbaycan arasında əsrlər boyu mövcud olan dostluq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da davam edəcək”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook