SON XƏBƏR

Prezident İlham Əliyev Xəzər rayonunun Zirə qəsəbəsində “BAKU AGROPARK”da görülən işlərlə tanış olub (YENİLƏNİB)

Dekabr 04
10:48 2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Xəzər rayonunun Zirə qəsəbəsində "BAKU AGROPARK”ın birinci mərhələsi çərçivəsində görülən işlərlə tanış olub.
 
İqtisadiyyat naziri Şahin Mustafayev və sahibkar Səməd Qurbanov dövlətimizin başçısına Aqropark barədə məlumat veriblər.
 
Bildirilib ki, "BAKU AGROPARK” MMC-nin müasir istixana kompleksinin ümumi layihə dəyəri 68 milyon manata yaxındır. İkinci mərhələdə daha 10 hektar sahədə şüşə tipli müasir istixana və 1 hektar sahədə şitilxananın tikilməsinə 24,7 milyon manat, üçüncü mərhələdə isə 10 hektar sahədə şüşə tipli müasir istixananın yaradılmasına 21 milyon manat investisiya qoyulacaq.
 
Qeyd edək ki, hazırda ölkədə 3 min hektara yaxın sahədə mövcud və tikilməkdə olan istixana təsərrüfatları var. Bunun 2463 hektarı mövcud, 463 hektarı isə tikilməkdə olan istixana təsərrüfatlarıdır. Fəaliyyətdə olan istixana təsərrüfatlarından bu il avqustun 1-dək 302,3 min ton tərəvəz məhsulları yığılıb. İstehsal olunan məhsullar əsasən ixrac edilir. Görülən işlərin nəticəsidir ki, bu ilin 10 ayı ərzində tərəvəz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 64,5 faiz artıb. Bu artım 259,7 min ton və ya 184,2 milyon dollar təşkil edib. Son illərdə regionlarda və Bakı şəhərinin qəsəbələrində 312 hektar sahədə ümumi dəyəri 400 milyon manat olan 58 müasir istixana kompleksinin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 200 milyon manat güzəştli kredit verilib.
 
Diqqətə çatdırılıb ki, "BAKU AGROPARK”ın birinci mərhələsində 10 hektar sahədə illik istehsal gücü 3,3 min ton pomidor məhsulu olan istixana kompleksi yaradılıb. Birinci mərhələdə layihə üzrə infrastrukturun yaradılmasına 21,7 milyon manat investisiya qoyulub. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə bu mərhələ üzrə 10 milyon manat güzəştli kredit ayrılıb.
 
(AzərTAC)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook