SON XƏBƏR

İordaniyanın Kralı II Abdullahın rəsmi qarşılanma mərasimi olub

Dekabr 10
15:44 2019
Dekabrın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynin rəsmi qarşılanma mərasimi olub.

Qlobal.az AZƏRTAC-a istinadla xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Kral II Abdullahın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullahı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi İordaniya Kralına raport verdi.

İordaniya Kralı Azərbaycan əsgərlərini salamladı.

Prezident İlham Əliyev və Kral II Abdullah fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

İordaniyanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Kral II Abdullaha, İordaniya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın qarşısından keçdi.

Prezident İlham Əliyev və Kral II Abdullah rəsmi foto çəkdirdilər.
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook