SON XƏBƏR

Prezident İlham Əliyev Türkiyəyə getdi

Oktyabr 19
21:58 2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İzmir şəhərində "Star” neft emalı zavodunun açılış mərasimində iştirak etmək üçün oktyabrın 19-da Türkiyə Respublikasına işgüzar səfərə gedib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İzmir şəhərinin Adnan Menderes adına hava limanında dövlət başçısını yüksək vəzifəli rəsmi şəxslər qarşılayıblar.

Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı türk əsgərlərini salamlayıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook