SON XƏBƏR

Prezident İlham Əliyev səfiri geri çağırıb, yeni vəzifəyə təyin etdi

Fevral 19
14:53 2019
Prezident İlham Əliyev fevralın 19-da Fərid Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncamla Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib. Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Dövlət başçısının digər sərəncamı ilə Fərid Rauf oğlu Şəfiyev Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Qeyd edək ki, F.Şəfiyev əvvəllər Azərbaycan Respublikasının Kanadada fövqəladə və səlahiyyətli səfiri və Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında daimi nümayəndəsi işləyib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook