SON XƏBƏR

Prezident İlham Əliyev Saatlı rayonuna səfərdədir

Mart 28
10:34 2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Saatlı rayonuna səfərə gəlib.
 
Qlobal.az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Saatlı şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.
 
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə görülən abadlıq işləri barədə məlumat verdi.
 
***
Martın 28-də Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.
 
Qlobal.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Saatlı rayonunda yeni inşa edilən 110/35/10 kilovoltluq "Sarıcalar” yarımstansiyasının açılışında iştirak edib.
 
Mənbə: AzərTAC
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook