SON XƏBƏR

Prezident İlham Əliyev Saatlı rayonuna 6.8 milyon manat ayırdı - Sərəncam

Mart 30
11:18 2017
Azərbaycan prezidenti İlham Əliyev Saatlı rayonunda çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
 
Qlobal.az xəbər verir ki, bu məqsədlə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Saatlı Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Saatlı rayonunun Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
 
"Report” xəbər verir ki, sərəncama əsasən 12 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon manatı "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb. 

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook