SON XƏBƏR

Prezident İlham Əliyev Lənkəranda yol tikintisinə 9,1 milyon manat ayırıb

Avqust 17
18:47 2018
Prezident İlham Əliyev avqustun 17-də "Lənkəran rayonunun Hirkan–Daştatük–Biləsər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Qlobal.az Azərtac-a istinadla xəbər verir ki, yeddi min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Hirkan–Daştatük–Biləsər avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook