SON XƏBƏR

Prezident İlham Əliyev iki nəfərə general rütbəsi verdi

Avqust 21
23:58 2019
Prezident İlham Əliyev Sabir Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. 

Qlobal.Az xəbər verir ki, sərəncamla Sabir Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.

Dövlət başçısının digər sərəncamı ilə Bəhlul Lətif oğlu Əliyevə general-mayor ali hərbi rütbəsi verilib.
 
Qeyd edək ki, Sabir Nağıyev Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Əli Nağıyevin qardaşıdır. 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook