SON XƏBƏR

Prezident İlham Əliyev Daşqın Şikarovu səfir vəzifəsindən geri çağırdı

Mart 19
13:48 2019
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Daşqın Şikarovu geri çağırıb.
 
Qlobal.az-ın xəbərinə görə, bununla bağlı haqqın.az prezidentin rəsmi saytına istinadən məlumat yayıb.
 
Həmçinin qeyd olunur ki, Xarici İşlər naziri Elmar Məmmədyarovun əmri ilə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirinin müavini Leyla Süleymanova Əmirlikdə müvəqqəti işlər üzrə müvəkkili təyin edilib.
 
Leyla Süleymanova yeni səfir təyin olunana qədər Azərbaycanın müvəqqəti işlər müvəkkili vəzifəsində çalışacaq.
 
Qeyd edək ki,  Azərbaycanın keçmiş səfiri Daşqın Şikarovl Əbu Dabi hökmdarı Xəlfi ibn Zayed əl-Nahayan üçün nəzərdə tutulmuş Azərbaycan hökumətinin hədiyyəsini mənimsəməkdə ittiham olunmuşdu.
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook