SON XƏBƏR

Prezident İlham Əliyev: “Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq formatıdır”

İyun 12
19:42 2018
"Bizim təşəbbüsümüzlə irəli sürüdən istənilən layihə həyatda əksini tapır. Çünki bunun arxasında güclü siyasi iradə, bizim qardaşlığımız dayanır. Türkiyə- Azərbaycan qardaşlığı olmasaydı, bu layihə kağız üzərində qalardı. Onu da qeyd edim ki, Azərbaycanın Türkiyəyə qoyduğu sərmayənin miqdarı yaxın vaxtda 20 milyard dollara çatacaq".

APA-nın Türkiyə müxbiri xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimində söyləyib.

Dövlət başçısı deyib ki, Azərbaycan qazının Avropaya ötürülməsi ilə bağlı son illər bir çox danışıqlar aparılıb, layihələr irəli sürülüb: "Ancaq bunlar reallaşmayıb. Ona görə də Türkiyə və Azərbaycan qərara gəldi ki, birgə TANAP layihəsini həyata keçirsin. 2011-ci ildə bununla bağlı Türkiyədə saziş imzaladıq. TANAP mürəkkəb layihədir, biz bunu birgə icra etdik. TANAP 7 ölkəni birləşdirir, Cənub Qaz Dəhlizinin tərkibinin bir hissəsidir.

Cənub Qaz Dəhlizi 4 elementdən ibarətdir. Bura Şahdəniz-2, Cənub Qaz Dəhlizi, TANAP və TAP daxildir. TAP-ın 72 faizi icra olunub. Əminəm ki, bu layihə də yaxında tam icra olunacaq. Dəyəri 40 milyard dollar olan Cənub Qaz Dəhlizi Azərbaycan qazının qısa yolla və şaxələndirilmiş formada çatdırılmasını təmin edəcək.

Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Bu layihə vasitəsi ilə Azərbaycan qazı Türkiyə və Avropaya çatdırılacaq.

Cənub Qaz Dəhlizi yeni qaz mənbəyidir və enerji şaxələndlirilməsinə xidmət göstərir.

SOCAR və BOTAŞ TANAP-ın səhmdarlarıdır.

Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq formatıdır.

Gələcəkdə 3 ölkə də tərəfdaşlarımız kimi layihədə iştirak edəcək. Biz Azərbaycan qazının Avropaya çatdırılması istiqmətində daha böyük işlər görməyə çalışmalıyıq”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook