SON XƏBƏR

Prezident İlham Əliyev bolqarıstanlı həmkarını təbrik etdi

Mart 03
15:45 2018
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:
 
"Hörmətli cənab Prezident, Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Bolqarıstan arasındakı ənənəvi dostluq münasibətləri, qarşılıqlı maraq doğuran əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim sülh və firavanlıq diləyirəm".
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook