SON XƏBƏR

Prezident İlham Əliyev ad gününü harada və necə keçirir? - VİDEO

Dekabr 24
23:34 2016
ARB TV xəbər verir ki, "Mən xalqın birinci xidmətçisiyəm və bütün məmurlar belə işləməlidir" deyən və dövlət qurumlarında çalışan vətəndaşlara qayğı göstərilməsini tələb edən prezident İlham Əliyev doğum günlərini müxtəlif təbəqələrdən olan sadə vətəndaşlarla qeyd edir. Ölkə başçısı bununla ən vacib günündə belə xalqının yanında olduğunu göstərir. Son illər ölkə başçısının ad günlərini harada və necə keçirdiyinə nəzər salsaq görərik ki, cəbhəyə, məcburi köçkün ailələrinə və ya müxtəlif sosial layihələrin icrasına həsr edib. 

Məsələn: 2011-ci ildə Ali Baş Komandan 50 yaşını ailəsi ilə birgə cəbhə xəttində əsgərlərlə keçirmişdir. Məcburi köçkünlərlə görüşüb ad gününü Şuşada qeyd etmək arzusunda olduğunu bildirdi. 2012-ci ildə isə İlham Əliyev Sumqayıtda Qarabağ müharibəsi və şəhid ailələri üçün inşa edilən 12 mərtəbəli 96 mənzilli binanın açılış mərasiminə qatıldı. 2013-cü ilin bu günündə isə prezident Bakının Ramanı qəsəbəsində Sağlamlıq imkanları məhdud gənclərin peşə reablitasiya mərkəzinin yenidənqurmasından sonra açılışını etdi. Həmin gənclərlə görüşdü, onların problemləri ilə maraqlandı. Növbəti ildəki doğum günündə isə Bakı Ağ şəhərin inşası başa çatan ofis binası və layihə çərçivəsində görülən digər işlərlə tanış oldu. Ötən ilki doğum günündə isə paytaxtın Nərimanov rayonundakı gözdən əlillər üçün inşa olunan yaşayış binasının açılış mərasiminə qatıldı. Sakinlərlə görüşüb, onları maraqlandıran məsələlərlə bağlı danışıb. Bu il də ənənəsinə sadiq qalaraq prezident 55 yaşını xalqı ilə qeyd etdi. Bununla o bir daha sübut etdi ki, ən böyük hədiyyə doğma xalqının firavanlığıdır. Biz də ARB televiziyası olaraq hər anını xalqına xidmətə həsr edən və ürəyi onlar üçün döyünən prezidenti təbrik edir, ona özünün də dediyi kimi doğum gününü Şuşada qeyd etməyi arzu edirik.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook