SON XƏBƏR

Prezident İlham Əliyev ABŞ səfirliyində olub - FOTO

Dekabr 05
12:24 2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki səfirliyində olub.
 
 

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

Dövlət başçısı ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Viliam Gill ilə söhbət edib.

Prezident İlham Əliyev Corc Buşun görkəmli dövlət xadimi olduğunu deyib, onunla bağlı xatirələrini yada salıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook