SON XƏBƏR

Prezident iki icra başçısının yerini dəyişdirdi

Noyabr 20
13:46 2019
Masallının icra başçısı Ağcabədiyə, Ağacabədinin icra başçısı Masallıya göndərildi
 
Prezident İlham Əliyev Şahin Məmmədovun Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Şahin Kərim oğlu Məmmədov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
 
Prezident digər sərəncamı ilə Rafil İsrafil oğlu Hüseynov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook