SON XƏBƏR

Prezident Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinə baxıb

Fevral 17
18:01 2016
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə tanış olub.
 
Dövlət başçısı 2012-ci il yanvarın 21-də Gəncədə olarkən Dövlət Filarmoniyası binasının təməlini qoymuşdu.
 
Məlumat verilib ki, burada 1200 tamaşaçı yeri olan konsert zalı, açıq havada yay kinoteatrı, rəsm qalereyası, urban mərkəzi, baxış qülləsi yaradılacaq. Binada iaşə obyektləri, həmçinin yeraltı qaraj və yardımçı xidməti otaqlar fəaliyyət göstərəcək. Binanın fasadında Azərbaycanın musiqi korifeylərinin heykəlləri qoyulacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook