SON XƏBƏR

“Prezident dövlət qulluqçularına qarşı yüksək tələbkarlıq göstərir” - PA rəsmisi

İyun 22
10:29 2018
Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə son illərdə "Xaricdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın aparıcı universitetlərinə təhsil almaq üçün göndərilən tələbə, magistr və doktorantura səviyyələrində təhsil alan gənc kadrların irəli çəkilməsinə ciddi əhəmiyyət verilir.
 
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılovun məqaləsində qeyd olunub. Bildirilib ki, dünyanın aparıcı universitetlərinə göndərilən şəxslərin 63 faizi magistratura və doktorantura səviyyələrində təhsil alan gənclər olub: "Son illərdə Azərbaycan iqtisadiyyatının sürətli inkişafı və rəqabətqabiliyyətli sənaye sahələrinin yaradılması müasir biliklərə yiyələnmiş mütəxəssislərin, o cümlədən idarəçilik kadrlarının yetişdirilməsini zəruri edir”.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət qulluqçularına qarşı həmişə yüksək tələbkarlıq göstərir və onlardan xalqın xidmətçiləri kimi öz vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirməyi tələb edir, bütün tədbirlərdə və görüşlərdə dövlət qulluqçularına nümunə göstərir: 

"Cənab Prezident dövlət qulluğunda şəffaflığın, ictimai nəzarətin artırılmasının vacibliyini dönə-dönə qeyd edir, dövlət qulluğunda nöqsanlara yol verən və bu şərəfli ada xələl gətirən şəxslərə qarşı çox ciddi tədbirlər görülməsini tələb edir. Azərbaycan Prezidenti vaxtaşırı yerlərə etdiyi səfərlər vasitəsilə özünün vəzifəyə təyin etdiyi rəhbər şəxslərin fəaliyyətinə nəzarət edir və onların gördüyü müsbət işləri qiymətləndirməklə yanaşı, yol verdikləri nöqsanların da aradan qaldırılmasını ciddi tapşırır”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook