SON XƏBƏR

Prezident dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib

May 21
15:56 2019
Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub.

Qlobal.az xəbər verir ki, dövlət başçısı əvvəlcə qəsəbə sakinləri ilə görüşüb söhbət edib.

Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Daha sonra İlham Əliyev Sabunçu dəmir yolu vağzalının rəmzi açılışını bildirən lenti kəsib.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovdövlət başçısına Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlər barədə məlumat verib.

Sonra İlham Əliyev sərnişin qatarı ilə Bakıxanov və Keşlə vağzallarına gəlib, burada yaradılan şəraitlə tanış olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook