SON XƏBƏR

Prezident daha iki sərəncam imzaladı

Noyabr 28
18:09 2019
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rəna Mahmud qızı Əfəndizadənin 2-ci dərəcəli "Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Rəna Əfəndizadə Azərbaycanda memarlıq sənətinin inkişafında xidmətlərinə görə təltif edilib.

Prezident başqa bir sərəncamla tikinti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Litvin İbiş oğlu Abasova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook