SON XƏBƏR

Prezident Cavid Qurbanova “Əməkdar mühəndis” fəxri adı verdi

Noyabr 13
21:02 2017
Azərbaycan prezidenti İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə bir qrup şəxsə "Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisində və istismara verilməsində fərqləndiklərinə Buadze Murad Otariyeviç, Qasımov Cəmil Həsən oğlu, Qurbanov Cavid Qəmbər oğlu və Rzayev Telman Ağamoğlan oğluna "Əməkdar mühəndis” fəxri adı verilib.
 
AzərTac



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook