SON XƏBƏR

Prezident bu axşam Brüsselə səfər edəcək – İlham Əliyev NATO-nun sammitində iştirak edəcək

İyul 11
00:12 2018
Azərbaycan Prezidenti İlham Əliyev bu axşam Brüsselə səfər edəcək.

Bu barədə Azərbaycan və Türkiyə prezidentlərinin Bakıda keçirilən mətbuat konfransında məlumat verilib.

Prezident İlham Əliyev sabah Brüsseldə NATO-nun iclasında iştirak edəcək.

Xatırladaq ki, NATO-nun 29-cu sammiti iyulun 11-12-də Belçika paytaxtında keçiriləcək.

Onu da qeyd eədk ki, sammitdə bir çox məsələlər müzakirə olunacaq.

Bu barədə ATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Alyansın sammitinin başlanmasına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, iyulun 11-də sammit çərçivəsində üzv ölkələrin liderləri terrorizmlə mübarizədə NATO-nun rolunun artırılması ilə bağlı təkliflər verəcək, NATO-nun yüzlərlə təlimçisinin iştirakı ilə İraqda yeni təlim missiyasının başlanmasına razı olacaqlar.

Sammitin gedişində müttəfiqlər Skopyeni Şimali Makedoniya Respublikası adı altında NATO-ya üzv olmağa dəvət etmək niyyətindədir.

Sammit tərəfdaş ölkələrin iştirakı ilə Əfqanıstan üzrə görüşlə yekunlaşacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook