SON XƏBƏR

Prezident Administrasiyasının işçiləri üçün daha bir yaşayış binası tikiləcək

Aprel 25
14:19 2018
Bakı şəhər İcra Hakimiyyəti Prezident Administrasiyasının işçiləri üçün yeni 6 girişli, 20 mərtəbəli yaşayış binasının tikintisinə icazə verib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, tikinti obyektinin sifarişçisi Prezidentin İşlər İdarəsidir.

Tikintiyə icazə aprelin 12-də verilib. Binanın tikintisi üçün 3 hektar (2983.93 kvadratmetr) ərazi ayrılıb.

Bina Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə yerləşəcək.

Binanın tikintisini "Kontinent İnşaat” MMC həyata keçirəcək.APA



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook