SON XƏBƏR

Prezident Administrasiyası: Azərbaycan Türkiyənin etibarlı strateji tərəfdaşı olub və olmaqda davam edir

Aprel 25
15:28 2018
Azərbaycan Türkiyənin etibarlı strateji tərəfdaşı olub və olmaqda davam edir.
 
Bunu Türkiyə Prezidenti Administrasiyasından bildiriblər.
 
Qeyd olunub ki, bu gün Azərbaycan və Türkiyə arasında münasibətlər yüksək səviyyədədir və bütün sahələrdə inkişaf edir:
 
"Türkiyə və Azərbaycan bütün potensiallarını regionun inkişafına yönəldə biliblər”.
 
Bundan başqa, administrasiyadan deyilib ki, hər iki ölkəni təkcə tarixi köklər yox, həm də vacib iqtisadi və enerji layihələri birləşdirir:
 
"Türkiyə bütün sahələrdə Azərbaycanı dəstəkləyir və eynilə Azərbaycanın dəstəyini hiss edir”.
 
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə rəsmi səfərdədir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook