SON XƏBƏR

Prezident 600 milyon dollar itirdi

Oktyabr 18
12:01 2017
Forbes jurnalının hesabatına görə ABŞ prezidenti Donald Tramp son bir ildə 600 milyon dollar itirib.
 
"Qaynarinfo" xəbər verir ki, bu itki ilə Donald Tramp ABŞ-ın ən varlı şəxsləri siyahısında 92 pillə geriləyərək 248-ci yerdə qərarlaşıb. Prezident bundan əvvəlki siyahıda 3,7 milyard dollarla 156-cı yerdə qərarlaşmışdı. Prezidentin sərvət itirməsinə səbəb əmlak sektorunda baş verən geriləmə olub. 3,1 milyard dollarla Tramp
 
"Snapchat" sosial şəbəkəsinin qurucusu 27 yaşlı Spigel ilə eyni sərvətə sahibdir.
 
"Microsoft"un yaradıcısı Bil Qeyts 81 milyard dollarlıq sərvətini 89 milyarda qaldıraraq növbəti dəfə ABŞ-ın ən varlı şəxsi olub. "Amazon"un sahibi Cef Bezos isə 81,5 milyarla 2-ci yerdədir.
 
400 nəfərdən ibarət siyahıdakı şəxslərin ümumi sərvətinin miqdarı 2,7 trilyon dollardır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook